Bu sənəd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-ci maddəsinə uyğun olaraq rəsmi təklif (OFERTA) hesab olunur. Sifarişçi tərəfindən ödənişin qismən və ya tam həyata keçirilməsi bu müqavilənin şərtlərinin qeyd-şərtsiz qəbulu (AKSEPT) hesab olunur.
1.1. İcraçı (MMC-nin adı), Sifarişçinin istəyinə uyğun olaraq aşağıdakı xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür:
Vebsayt hazırlanması: Texniki tapşırığa uyğun olaraq proqram təminatı və dizayn işləri.
SEO xidməti: Saytın axtarış sistemlərində optimallaşdırılması və reytinqinin artırılması.
META reklam idarəetməsi: Facebook və Instagram platformalarında reklam kampaniyalarının qurulması və idarə edilməsi.
Sosial Media idarəetməsi (SMM): Korporativ səhifələrin idarə olunması, kontent planın hazırlanması və paylaşılması.
2.1. Xidmət haqqı tərəflər arasında razılaşdırılmış məbləğdə, “Epoint” ödəniş platforması və ya bank hesabı vasitəsilə nağdsız qaydada ödənilir.
2.2. Ödəniş linki vasitəsilə icra olunan tranzaksiyalar üzrə bütün bank komissiyaları (əgər tərəflər arasında başqa cür razılaşdırılmayıbsa) İcraçının xərci hesab olunur.
2.3. Ödəniş təsdiq olunduğu andan xidmət üzrə öhdəliklər qüvvəyə minmiş sayılır.
3.1. İcraçı xidmətləri peşəkar səviyyədə və razılaşdırılmış müddətdə icra etməlidir.
3.2. Sifarişçi xidmətin icrası üçün lazım olan məlumatları (loqo, mətnlər, giriş məlumatları və s.) vaxtında təqdim etməlidir.
3.3. SEO və Reklam üzrə qeyd: Sifarişçi anlayır ki, SEO və reklam nəticələri üçüncü tərəflərin (Google, Meta və s.) alqoritmlərindən asılıdır və İcraçı bu platformaların daxili siyasətlərinə görə məsuliyyət daşımır.
4.1. Vebsayt hazırlanması xidməti saytın işlək vəziyyətdə Sifarişçiyə təqdim edilməsi və ya domen/hostinq məlumatlarının ötürülməsi ilə başa çatmış sayılır.
4.2. Aylıq xidmətlər (SEO, SMM, Meta reklam) üzrə hesabat dövrünün sonu xidmətin təhvil verilməsi anı hesab olunur.
4.3. Sifarişçi xidmət daxil olduqdan sonra 3 (üç) iş günü ərzində etiraz etməzsə, xidmət tam və keyfiyyətli göstərilmiş sayılır.
5.1. Tərəflər əməkdaşlıq zamanı əldə etdikləri kommersiya sirlərini və giriş məlumatlarını (parollar və s.) üçüncü tərəflərə ötürməməyi öhdəsinə götürürlər.
5.2. Şəxsi məlumatların işlənməsi Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun həyata keçirilir.